Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN-in İdman-sağlamlıq mərkəzində sərbəst güləş üzrə çempionat keçirilib

FHN-in İdman-sağlamlıq mərkəzində sərbəst güləş üzrə çempionat keçirilib

13-15 noyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzi və FHN işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə nazirliyin əməkdaşları arasında sərbəst güləş üzrə çempionat keçirilib.

Yarışıda FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, FHN-in İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev və bir sıra fəxri qonaqlar olub.

Çempionatın görüşləri FHN-in İdman-sağlamlıq mərkəzinin idman arenasında baş tutub. Yarışda nazirliyin 12 qurumundan 110-dan çox idmançı öz qüvvəsini sınayıb. Olimpiya sistemi ilə beynəlxalq qaydalara uyğun olaraq 8 çəki dərəcəsi üzrə keçirilən yarışları beynəlxalq dərəcəli hakim Abdul Nuruyev və digər hakimlər idarə edib. Gərgin idman şəraitində keçən çempionatda komanda hesabında  I yerə Xüsusi Riskli Xilasetmə Xidmətinin, II yerə Dövlət Yanğından Mühafizə Xidmətinin, III yerə isə Mülki Müdaifə Qoşunlarının komandaları layiq görülüblər.

Yarışın yekununda Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev çıxış edərək  qalibləri və fərqlənən idmançıları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

16 Noyabr 2019 12:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə