Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan güclü mədəniyyəti olan ölkədir”

Bu sözləri Türkiyənin UNESKO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Ahmet Altay Cengizer deyib.

O bildirib ki, Azərbaycanda mədəniyyətin tanınmasına və inkişafına xüsusi əhəmiyyət verilir. Bakı UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına möhtəşəm ev sahibliyi edib.

"UNESKO-nun Baş Konfransının 40-cı sessiyasına prezident seçildim. Qurumu inkişaf etdirməyə və təhlükələrdən qorumağa çalışacağam. Təhlükə deyəndə, daxili anlaşılmazlıqlar və bəzi məsələlərə laqeydlikləri nəzərdə tuturam, – deyə Cengizer bildirib. – Mövcud vəziyyət göstərir ki, UNESKO-ya ehtiyac daha çox olacaq. Bu baxımdan qurumun daha da səmərəli olması üçün səylərimi əsirgəməyəcəm”.

“Azərbaycan çox güclü mədəniyyəti olan ölkədir. Qeyd etdiyim kimi Azərbaycan Prezidenti və Birinci vitse-prezidenti mədəniyyətin təşviqinə xüsusi münasibət bəsləyirlər”, – deyə Ahmet Altay Cengizer vurğulayıb.

 

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

16 Noyabr 2019 12:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə