Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Diabet: Ailənizi qoruyun!

Diabet: Ailənizi qoruyun!

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Respublika Endokrinologiya Mərkəzi, Azərbaycan Diabet Liqası və “Novo Nordisk” şirkətinin birgə əməkdaşlığı ilə Park Bulvarda “Diabet: Ailənizi qoruyun!” adlı maaifləndirici aksiya keçirilib.

Ümumdünya Diabet Gününə həsr olunmuş aksiyada İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə deyib: “Bu günün keçirilməsində məqsəd ictimaiyyəti xəstəliyin səbəbləri, simptomları, fəsadları ilə bağlı məlumatlandırmaqdır, çünki şəkərli diabetlə mübarizə hazırda dünya səhiyyəsinin ən aktual məsələlərindən biridir”. S.Babazadə İSİM tərəfindən əhali, xüsusilə də məktəblilər arasında fiziki aktivliyin və sağlam həyat tərzinin təbliği ilə bağlı maarifləndirmə işlərinin aparıldığını diqqətə çatdırıb.

Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova vurğulayıb ki, maarifləndirici aksiyanın təşkilində əsas məqsəd ictimaiyyətin diqqətini şəkərli diabetin profilaktikasına və sağlam qidalanmanın şəkərli diabet xəstələri üçün həyati önəm daşıdığına yönəltməkdir. İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin meneceri Nigar İsmayılova aksiya iştirakçılarına sağlam həyat tərzi keçirməyin və fiziki aktiv olmağın əhəmiyyəti barədə ətraflı məlumat verib.    

Aksiya zamanı arzu edənlərdə qanda şəkərin miqdarı yoxlanılıb və onlara lazımi tövsiyələr verilib.

Azərbaycan Diabet Liqasının şəkərli diabetli uşaqlardan ibarət “Şirin balalar” rəqs qrupunun ifaçıları hər kəsi fiziki fəal olmağa çağırıblar.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 Noyabr 2019 11:57 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə