Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

65 nəfər əlilə reabilitasiya vasitələri evlərində təqdim edilib

65 nəfər əlilə reabilitasiya vasitələri evlərində təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi bölgələrdə səyyar formada protez-ortopedik xidmətlərini davam etdirir.

Mərkəz tərəfindən Qobustan, Şamaxı İsmayıllı, Qəbələ, Oğuz rayonlarında yaşayan 65 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri həmin rayonlara aparılaraq təqdim edilib.

Onlar ehtiyaclarına uyğun olaraq 6 əlil arabası, 72 cüt protez və ortopedik ayaqqabı, 6 ədəd aşağı ətraf və yuxarı ətraf tutoru-ortezi, habelə aparat–ortezi ilə təmin olunublar. Həmçinin qeyd edilən şəxslərə 49 ədəd əsa, 41 cüt dirsəkaltı və qoltuqaltı ağac, 1 ədəd bandaj, 61 ədəd güdül üçün corab və dizlik, yara əleyhinə 6 ədəd döşəkcə, 20 ədəd dartıcı elastik boru, 72 ədəd rezin ucluq verilib.

Ümumilikdə 68 şəxsin 334 reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 Noyabr 2019 11:55 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə