• RUB: 0.0260
  • TRY: 0.2990
  • EUR: 1.9649
  • USD: 1.7000
  • Bakı + 15.4 ° C / 96%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncə məktəblərində Bilik Günü təntənə ilə qeyd olunub

Gəncə məktəblərində Bilik Günü təntənə ilə qeyd olunub

Gəncənin ümumtəhsil məktəblərində Bilik Günü təntənə ilə qeyd edilib. Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Mircəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə keçirilən tədbirə qatılıb.
O, təhsil müəssisəsinin valideyn, müəllim və şagird kollektivini Bilik Günü və yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edərək deyib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Son illər Heydər Əliyev Fondunun xətti ilə çoxlu məktəb binası əsaslı təmir olunub və yenidən qurulub, yeni tədris korpusları inşa edilib. Tədris müəssisələrində yaradılan bu şərait ölkəmizdə təhsilin sürətli inkişafından xəbər verir. Bu baxımdan Gəncə məktəblərindən məzun olan şagirdlərin qəbul imtahanlarında əldə etdikləri uğurlar sevindiricidir. 
M.Paşayev adına 39 nömrəli tam orta məktəbin direktoru Nizami Rzayev çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, hazırda məktəbdə 2700 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 185 müəllim məşğul olur. Şagirdlər 99 sinifdə komplektləşdirilb. 2017-2018-ci tədris ilində 39 nömrəli tam orta məktəbi 134 şagird bitirib. Onlardan 121 nəfəri ali məktəblərə sənəd verib, 86-sı tələbə adını qazanıb. Ali məktəblərə qəbul imtahanlarında 5 nəfər 600-dən, 20 nəfər isə 500-dən yuxarı bal toplayıb. Məktəbin qəbul faizi 71faiz təşkil edib.
Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov çıxış edərək deyib ki, şəhərin 46 tam orta məktəbində 40 min 83 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 3868 müəllim məşğul olur. Gəncədə fəaliyyət göstərən məktəblərdə təhsil almaq üçün 4200 şagird elektron qeydiyyatdan keçib və 183 sinifdə komplektləşdirilib.
Tədbirdə məktəbin valideyn və şagirdləri də çıxış ediblər. Bilik Gününə həsr olunan şeirlər səsləndirilib. Daha sonra musiqi və alqış sədaları altında 2018-2019-cu tədris ilinin ilk zəngi çalınıb. 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

19 2018 01:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin