Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qənirə Paşayeva ali məktəb dərsliklərinə ƏDV-nin ləğvini təklif edib

Qənirə Paşayeva ali məktəb dərsliklərinə ƏDV-nin ləğvini təklif edib

Milli Məclisdə Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərlə bağlı müzakirələrdə kitaba, çap məhsullarına qoyulan ƏDV-nin götürülməsi və ya azaldılması təklifi ilə çıxış edən deputat Qənirə Paşayeva deyib: “Bu gün ən vacib məsələlərdən biri  cəmiyyətdə kitab oxumağa meylin artırılması istiqamətində addımlar atmaqdır”. O, kitab və çap məhsullarına, ali məktəb dərsliklərinə ƏDV-nin ləğv edilməsi və ya ciddi azaldılmasını təklif ​ edib və onun önəmi ilə bağlı geniş fikirlərini söyləyib.

Ölkəmizdə gənclər arasında kitaba meylin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirildiyini deyən deputat kitaba, çap məhsullarına, ali məktəb dərsliklərinə qoyulan Əlavə Dəyər Vergisinin qonşu ölkələrlə müqayisədə çox yüksək olduğunu söyləyib. Bəzi ölkələrdə ümumiyyətlə kitaba görə ƏDV tətbiq olunmur, bəzilərində isə bu çox cüzi rəqəmlərlə ölçülür. Oxucular və yazarlarımızın bu məsələ ilə bağlı təklifini səsləndirən Q. Paşayeva qarşıdan gələn 2020-ci ildə sözügedən məhsullara qoyulan 18 faizlik ƏDV-nin azaldılmasını, mümkün olduğu təqdirdə isə ləğv edilməsini xahiş edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 Noyabr 2019 11:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə