Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bakı sammiti yüksək səviyyədə təşkil olunub”

“Bakı sammiti yüksək səviyyədə təşkil olunub”

Dünən Bakıda Dünya dini liderlərinin II sammiti öz işini uğurla başa çatdırıb. Bu nüfuzlu tədbirin iştirakçıları arasında Malayziyanın dini məsələlər üzrə naziri Mücahid bin Yusif də olub. O, tədbirin əhəmiyyətinə toxunaraq qeyd edib ki, belə tədbirlər dünyada sülhün qorunması baxımından xüsusi önəmə malikdir. Malayziyalı nazir sonra deyib:

– Mən tədbirin plenar iclaslarının birində çıxış etdim. Bildirdim ki, yalnız qarşılıqlı hörmət və ehtirama əsaslanmaqla dünyada sülhü qorumaq olar. Dini liderlər isə bu ehtiramı yaratmaq baxımından əhəmiyyətli rol oynayırlar. 
Təəssüf ki, müasir dünyada dindən siyasi alət kimi istifadə etmək cəhdləri azalmır. Belə hallar yolverilməzdir. Hesab edirəm ki, dinlərarası dialoqun gücləndirilməsi son dərəcə vacibdir. 
Azərbaycan Prezidenti cənab İlham Əliyev tədbirdə dərin məzmunlu nitq söylədi. Fikrimcə, bu gün dünyada multikulturalizmə daha çox ehtiyac yaranıb. Azərbaycan dövlətinin bu istiqamətdəki siyasəti təqdirəlayiqdir. 
Sammitdə iştirakımdan çox məmnunam. Dünya dini liderlərinin Bakı sammiti milyonlarla insanı narahat edən məsələlərin müzakirə olunduğu əhəmiyyətli platformadır.
Bir məqamı da vurğulamaq istərdim. Azərbaycan xalqı çox qonaqpərvərdir. Dünya dini liderlərinin II sammiti yüksək səviyyədə təşkil olunub. Buna görə də tədbirin təşkilatçılarına dərin təşəkkürümü bildirirəm. 

 

Söhbəti yazdı: 
M.HACIXANLI,
“Xalq qəzeti”

 

15 Noyabr 2019 22:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə