Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birinci onluqda

Azərbaycan bədii gimnastlarının Siyana Vasilyeva, Aliyə Paşayeva, Ayşən Bayramova, Diana Doman və Zeynəb Hümmətovadan ibarət qrup hərəkətləri komandası ötən bazar günü Sofiyada başa çatmış dünya çempionatının çoxnövçülük yarışında bir çox ölkədən olan rəqiblərini geridə qoyub çıxışlarını yeddinci yerdə başa vurmuşdur.
Bizim qızlar ayrı-ayrı təmrinlərdə də iki finalda yarışmışlar. Gimnastlarımız 5 halqa ilə hərəkətlərin yerinə yetirilməsində beşinci, 3 top və 2 iplə təmrinlərin icrasında isə yeddinci olmuşlar.
Qrup hərəkətləri komandalarının çempionatında mükafata layiq yerləri turan Rusiya, İtaliya və Bolqarıstan yığmaları 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya oyunlarına lisenziya qazanmışlar.
Növbəti dünya çempionatı isə gələn il Bakıda təşkil olunacaq Azərbaycan paytaxtında da çempionat Olimpiadaya lisenziya xarakteri daşıyacaq və ən yaxşı komandalar Yaponiyada öz ölkələrini təmsil etmək hüququ qazanacaqlar.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

19 Sentyabr 2018 01:14 - İDMAN
İDMAN
1 Oktyabr 2020 | 00:49
Tarkovski “Lester”ə keçir
30 Sentyabr 2020 | 10:11
Bakıdakı Qran-pri ləğv olundu
30 Sentyabr 2020 | 09:59
"Traktor"dan Azərbaycana dəstək
29 Sentyabr 2020 | 21:41
Messinin rekordu təkrarlandı

Köhnə versiyamızdan xəbərləri izlə