Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

On bir güləşçimiz fəxri kürsüdə

On bir güləşçimiz fəxri kürsüdə

Minskdə Olimpiya oyunlarının üçqat çempionu Aleksandr Medvedin mükafatları uğrunda kişi və qadınlar arasında sərbəst güləş üzrə beynəlxalq turnirdə Azərbaycan idmançıları on bir dəfə fəxri kürsüyə dəvət olunmuşlar. Onlar 2 qızıl, 5 gümüş və 4 bürünc medalın sevincini yaşamışlar.
Təmsilçilərimizdən ikisi Şərif Şərifov (92 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) bütün rəqiblərindən üstün hazırlıq nümayiş etdirərək turnirin qalibi olmuşlar.
Hacı Əliyev (65 kq), Murad Süleymanov (86 kq), Ağahüseyn Mustafayev (70 kq), Anjela Doroqan (53 kq) və Tatyana Omelçenko (59 kq) gümüş medal qazanmışlar. Murtuzəli Müslümov (70 kq), Elmira Qəmbərova (62 kq), Səbirə Əliyeva (76 kq) və İrina Netreba (65 kq) isə Belarus Respublikasının paytaxtını bürünc mükafatlarla tərk etmişlər.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

 

19 2018 01:14 - İDMAN
İDMAN
21 Oktyabr 2019 | 23:57
“Beşiktaş”da yeni prezident
20 Oktyabr 2019 | 10:14
Altıncı “Qızıl buts”
16 Oktyabr 2019 | 21:00
Rekord göstərici

Köhnə versiyamızdan xəbərləri izlə