Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıt Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi 2019-2020-ci illərdə yaşıllıqların salınmasının satın alınması üçün açıq tender elan edir

Sumqayıt Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi 2019-2020-ci illərdə yaşıllıqların salınmasının satın alınması üçün açıq tender elan edir

Tender 1 lot üzrə keçirilir.
Lot – 1. Sumqayıt şəhərində 2019-2020-ci illərdə yaşıllıqların salınmasının satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər. 
İştirak haqqı 300 manatdır.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
Sumqayıt Şəhər MKTİB-in Yaşıllaşdırma İdarəsi
ABB Sumqayıt filialı
Kod- 805658
VÖEN-9900001881
M/h- AZ03NABZ01350100000000002944
H h- AZ32İBAZ38060019449616318213
VÖEN-2900390241
SWIFT BIK. IBAZAZ 2X
İştirak haqqı heç bir halda geri qaytarılmır. 
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifinin bank zəmanəti (1 faiz həcmində) zərflər açılan tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanları tərəfindən arayış;
-iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalınan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 5 dekabr 2019-cu il saat 18.00-a, tender təklifi və bank təminatı sənədlərini isə 13 dekabr 2019-cu il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 16 dekabr 2019-cu il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.
Qeyd – tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır. 
E-şərtlər toplusunu 18 noyabr 2019-cu il saat 11.00-dan sonra əldə etmək olar. 

 

Tender komissiyası

16 Noyabr 2019 02:23 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
14 Dekabr 2019 | 00:52
B İ L D İ R İ Ş
14 Dekabr 2019 | 00:52
B İ L D İ R İ Ş
14 Dekabr 2019 | 00:51
B İ L D İ R İ Ş
14 Dekabr 2019 | 00:51
B İ L D İ R İ Ş
14 Dekabr 2019 | 00:51
B İ L D İ R İ Ş
14 Dekabr 2019 | 00:50
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə