Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DSX: Sərhədboyu ərazilərdə gizlədilmiş odlu silahlar aşkarlanaraq götürülüb

DSX: Sərhədboyu ərazilərdə gizlədilmiş odlu silahlar aşkarlanaraq götürülüb

Dövlət Sərhəd Xidmətinin (DSX) sərhədlərimizin etibarlı mühafizəsi və dövlət sərhədində rejim qaydalarına riayət olunması istiqamətində həyata keçirdiyi əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində sərhədboyu ərazilərdə gizlədilmiş odlu silahlar aşkarlanıb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 12-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində yerləşən “Qarayazı” Dövlət Meşə Qoruğunda kolların arasında gizlədilmiş 20 millimetrlik ov tüfəngi, ona məxsus 9 patron aşkarlanıb. “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində Oğuz rayonunun Filfilli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Qalaçay çayının sahilində qaya daşlarının altında gizlədilmiş istifadəyə yararlı 1960-cı il istehsalı olan “TOZ-8” markalı yivli silah aşkar edilərək götürülüb.
Faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.  

 

15 Noyabr 2019 22:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə