Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pakistanın BMT-dəki xoşməramlı səfiri peşə reabilitasiya mərkəzində

Pakistanın BMT-dəki xoşməramlı səfiri peşə reabilitasiya mərkəzində

Pakistan İslam Respublikasının BMT-dəki xoşməramlı səfiri Muniba Mazari ölkəmizə səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində olub.

Mərkəzdəki şəraitlə yaxından tanış olan  M.Mazari gənclərin peşə hazırlığı, əl işləri, mərkəzdə paralimpiya idman növləri üzrə məşq prosesi, həmçinin aikido idman növü ilə tanışlıq təlimi ilə maraqlanıb. Qonağa nazirliyin Azərbaycan və ingilis dillərində nəşr etdirdiyi, əlilliyi olan şəxslərin yaradıcılıq nümunələri barədə foto-məlumatlarla zəngin “Əlillik qüsur deyil” kitab-albomu hədiyyə edilib. M.Mazari sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası sahəsində ölkəmizdə aparılan işlər, həmçinin bu sahədə müasir tələblərə cavab verən belə bir mərkəzin olması ilə bağlı xoş təəssüratlarını ifadə edib.
Bildirilib ki, M.Mazari 20 yaşı olarkən ağır yol qəzası nəticəsində xəsarət alaraq yerimək qabiliyyətini itirir, hətta bir müddət çox sevdiyi rəsm çəkməkdən belə məhrum olur. Buna baxmayaraq, güclü iradəsi həyatın gətirdiyi çətinlikləri dəf etməyə nail olur, həyatda və yaradıcılıqda uğurlar qazanır.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

15 Noyabr 2019 22:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə