Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Venesiyada fövqəladə vəziyyət

Venesiyada fövqəladə vəziyyət

Güclü daşqına görə, İtaliyanın Venesiya şəhərində fövqəladə vəziyyət elan edilib.
İtaliya hökuməti Venesiya ilə bağlı xüsusi dekreti təsdiq edib. Dekretə əsasən, daşqının fəsadlarını aradan qaldırmaq üçün Venesiya şəhərinə 20 milyon avro vəsait ayrılıb.
İtaliyanın Baş naziri Cuzeppe Kante bildirib ki, daşqından ziyan çəkmiş sakinlərə 5 min avro, mağaza sahiblərinə 20 min avro ödəniləcək.
Lakin mütəxəssislər bildiriblər ki, Venesiya şəhərinə dəyən ziyanı aradan qaldırmaq üçün bu vəsait azdır.

Qəzənfər QASIMOV, “Xalq qəzeti” 

15 Noyabr 2019 22:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə