Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

NASA son 10 ildə “Roskosmos”a 85,4 milyon dollar ödəyib

NASA son 10 ildə “Roskosmos”a 85,4 milyon dollar ödəyib

CBS telekanalının yaydığı məlumata görə, 2010-cu ildə kosmosa uğursuz raket buraxılışından sonra ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) özəl şirkətlərlə yeni kontraktlar bağlayıb. Məqsəd NASA astronavtlarını Beynəlxalq Kosmik Stansiyaya çatdıracaq yeni nəsil kosmik gəmi və raketlər istehsalında irəliləyişə nail olmaqdır. Yeri gəlmişkən, həmin vaxtdan indiyədək NASA Rusiyanın “Roskosmos” korporasiyasına astronavtların “Soyuz” raketləri vasitəsilə Beynəlxalq Kosmik Stansiyaya uçmaları üçün 85,4 milyon dollar vəsait ödəyib.
Bugünlərdə isə məlum olub ki, NASA-dan  sifariş almış “Boeing” və “SpaceX” şirkətlərinə xəbərdarlıq edilib və onlara kontraktın şərtlərinə əməl etmək üçün dörd ay vaxt verilib. Məlumata görə, xəbərdarlığı ABŞ-ın vitse-prezidenti Mayk Pens edib. 
Onun bəyanatından sonra NASA-nın Baş Təftiş Ofisi (OIG) agentliyi bu məqsədlər üçün ayrılmış yüz milyonlarla dollar vəsaiti “Boeing” şirkətinin hesabına köçürməməkdə günahlandırıb. 
Mayk Pens bildirib ki, ən gec 2020-ci ilin yazında ABŞ astronavtları NASA kosmik gəmisində və Amerika torpağından kosmosa uçmalıdırlar. O deyib: “Bizim astronavtlar öz platformalarımızdan kosmosa uçmalı və geri qayıtmalıdırlar”. 

 

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

15 Noyabr 2019 22:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə