Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

R.T.Ərdoğan: Türkiyə “Patriot”lara görə “S-400”dən imtina etməyəcək

R.T.Ərdoğan: Türkiyə “Patriot”lara görə “S-400”dən imtina etməyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərinin yekunlarına dair jurnalistlərə açıqlama verib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə “Patriot”lara görə Rusiyanın “S-400” raket sistemlərindən tam şəkildə imtina edə bilməz. R.T.Ərdoğan NATO-da ikinci ən böyük orduya sahib olan Türkiyənin ABŞ-la sıx əlaqələrə malik olduğunu bildirib. 
Türkiyə lideri, həmçinin “Patriot” raket sistemlərini satın almağa hazır olduqlarını, eyni zamanda, bu məsələnin  Vaşinqtonda Donald Trampla danışıqları zamanı qaldırıldığını qeyd edib: “Lakin müdafiə mənbələrimizi şaxələndirmək milli mənafeyimizin və suveren hüquqlarımızın zəruri parçasıdır. “S-400”lərin müdafiə sistemimizdə yerinə böyük əhəmiyyət veririk. Əlverişli şərtlərlə versəniz, “Patriot”lardan da alarıq. Hərçənd “Patriot”ları alarkən “S-400”ləri tamamilə qırağa qoymaq təklifini də suveren hüquqlarımıza gətirilən məhdudiyyət olaraq görür və əsla düzgün hesab etmirik. Hazırda Yunanıstanın “S-300”ləri var, oraya dair heç belə səslər gəlmədi”.
“F-35” qırıcı təyyarələrlə bağlı proqramda müştəri yox, tərəfdaş qismində iştirak etdiklərini vurğulayan Türkiyə Prezidenti Vaşinqtonda keçirdiyi danışıqlar zamanı amerikalı həmkarı Donald Trampı çox müsbət, yanaşmalarında daha konstruktiv gördüyünü dilə gətirib.

 

Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

15 Noyabr 2019 22:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə