Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Etiraz aksiyaları Fransaya 2,5 milyard avro zərər vurub

Etiraz aksiyaları Fransaya  2,5 milyard avro zərər vurub

“Belta” agentliyinin RTL radiosuna istinadən verdiyi xəbərə görə, “sarı jiletlilər”in etiraz aksiyaları son bir ildə Fransa iqtisadiyyatına 2,5 milyard avro zərər vurub.
Məlumata görə, il ərzində nümayişlər zamanı zərər çəkən 5 min kiçik müəssisə və ticarət firması dövlətdən yardım istəyib. Əsasən də onlar hakimiyyətdən ümumi həcmi 460 milyon avroya çatan sosial ödəmələrin və digər vergilərin təxirə salınmasını xahiş edib. Bildirilir ki, sığorta şirkətləri həmin dövr ərzində 13 min müəssisəyə, ümumilikdə, 230 milyon avro təzminat ödəyib.
Qeyd olunur ki, “sarı jiletlilər” hərəkatının başladığı 2018-ci ilin noyabrından ölkənin mehmanxana və restoran biznesində, ticarət və nəqliyyat sahələrində çalışan 75 min işçi qismən işsizliklə üzləşib.
Xatırladaq ki, 2018-ci il noyabrın 17-də yanacağa vergilərin artırılmasına etiraz olaraq Fransada “sarı jiletlilər”in irimiqyaslı aksiyaları başlayıb. Ənənəvi şənbə aksiyaları əksər hallarda nümayişçilərin polislə toqquşmaları ilə müşayiət olunub.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

15 Noyabr 2019 22:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə