Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransada 140 min ev işıqsız qalıb

Fransada 140 min ev işıqsız qalıb

Güclü qar çovğunu nəticəsində Fransanın cənub-şərqində 140 min ev işıqsız qalıb.
“Le Parisien”in məlumatına görə, Drom, İzer və Ardeş departamentlərinin sakinləri işıqsız qalıblar. Hazırda “Enerdis” Elektrik Şəbəkəsinin mütəxəssisləri elektrik enerjisinin verilişini bərpa etmək üçün çalışırlar.
“Le Parisien” ­bildirib ki, güclü qar çovğunu nəticəsində bir nəfər həlak olub. O, avtomobillə gələrkən maşın ağaca çırpılıb.
Ölkənin “Meteo France” Xidməti Laura, Rona, Sona, En və Var departamentlərinə də təhlükəli meteohəyəcan xəbərdarlığı verib.
Xidmətin məlumatına görə, Fransada belə hava şəraiti 20 il əvvəl qeydə alınıb.

Qəzənfər QASIMOV, “Xalq qəzeti” 

 

15 Noyabr 2019 22:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə