Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nəhəng külək generatoru

Nəhəng külək generatoru

Çinin Çunsin şəhərində diametri 210 metr olan pərlə təchiz edilmiş külək generatoru hazırlanıb. “H210-10MW” adlı dəniz külək qurğusunun gücü 10 mvt təşkil edir. O, Çində rotorunun diametri 200 metrdən çox olan ilk külək turbinidir. Çinin CSIC tərsanəsinin törəmə şirkəti olan “Haizhuang Windpower” tərəfindən hazırlanan generator yaxın vaxtlarda istifadəyə veriləcək. Bildirilir ki, hər bir “H210-10MW” aqreqatı ildə 40 milyon kVt/saat elektrik enerjisi hasil etmək qabiliyyətinə malikdir ki, bu da ölkədə mövcud olan 5 mvt gücündə analoqun göstəricisini iki dəfə üstələyir.
Məlumatı “İz.ru” yayıb. 

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

15 Noyabr 2019 22:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə