Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə hərbi texnikaları Tailandda sərgilənəcək

Türkiyə hərbi texnikaları Tailandda sərgilənəcək

Türk Aerokosmik Sənayesi, 18-21 noyabr tarixlərində Tailandın Banqkok şəhərində keçiriləcək Müdafiə və Təhlükəsizlik Sərgisinə qatılacaq.

Müxtəlif məhsul qruplarını təmsil edən modellərlə sərgidə iştirak edəcək Türk Aerokosmik Sənayesi, Asiya ölkələri ilə davam edən müsbət əməkdaşlığı gücləndirmək və yenilərini inkişaf etdirməyi hədəfləyir.

Türk Aviasiya və Kosmik Sənayesi, Sinqapur, Filippin, Malayziya və Pakistan da daxil olmaqla digər Asiya ölkələrində Tailandda tanıtım sərmayələrini davam etdirir.

Keçən il Tailand sərgisində yüksək səviyyəli hərbi nümayəndə heyətlərinə məhsul təqdimı edən Türk Aviasiya və Kosmik Sənayesi bu il də eyni fəaliyyətini təkrar reallaşdırmağı hədəfləyir. Xüsusilə “T-129 ATAK” hücum helikopteri və “ANKA” pilotsuz uçuş apartlarının hərbi və rəsmi heyətlərin diqqət mərkəzində olacağı gözlənilir.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

15 Noyabr 2019 16:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə