Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Misiri Su-35 qırıcılarına görə təhdid edir

ABŞ Misiri Su-35 qırıcılarına görə təhdid edir

“The Wall Street Journal” xəbər verir ki, Pentaqon və ABŞ Dövlət Departamenti Rusiyadan Su-35 qırıcılarını alacağı təqdirdə Misir hakimiyyətinə sanksiyalar tətbiq ediləcəyini bildirib.

Nəşrin yazdığına görə, dövlət katibi Mayk Pompeo və Pentaqon rəhbəri Mark Esper Misirin müdafiə nazirini Rusiya ilə sazişi ləğv etməyə çağırıb. "Rusiya ilə yeni razılaşma, ən azı ABŞ ilə gələcəkdə hərbi məlumat mübadiləsini və Amerikanın Misirə hərbi yardımını sual altında qoyacaq".

Pentaqon rəsmiləri Misirin Hərbi Hava Qüvvələrinin rəhbərinə razılaşmanın arzuolunmaz nəticələri barədə şəxsən xəbərdarlıq ediblər.

Qeyd edək ki, Rusiya ilə Misir Su-35 qırıcılarının tədarükü üçün müqavilə imzalayıb. Müqavilədə Misirə iyirmidən çox nəqliyyat vasitəsi və hava hücumundan müdafiə sistemlərinin satışı nəzərdə tutulub. Müqavilənin məbləği təxminən iki milyard dollardır, tədarüklər 2020-2021-ci illərdə başlaya bilər.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

15 Noyabr 2019 16:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə