Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı rejissorun əsəri “Ən yaxşı film” seçilib

Azərbaycanlı rejissorun əsəri  “Ən yaxşı film” seçilib

Bişkek şəhərində görkəmli qırğız aktyoru, SSRİ Xalq artisti Suymenkul Çokmorovun xatirəsinə həsr olunan Müstəqil Dövlətlər Birliyi (MDB) gənc rejissorlarının VII “Umut” Forumu başa çatıb.

Forumda MDB kinematoqrafçılarının 32 qısametrajlı filmi nümayiş olunub. Ölkəmizi Orxan Ağazadənin “Oturacaqlar” və Daniel Quliyevin “Yaramaz” filmləri təmsil edib.

Forumun sonuncu günü qaliblərin adları açıqlanıb. Münsiflər heyətinin qərarı ilə milli film nominasiyasında qırğız rejissoru Aydan Topçubayevanın “Ayana”, beynəlxalq nominasiyada isə Orxan Ağazadənin “Oturacaqlar” ekran əsərləri “Ən yaxşı film” seçilib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

15 Noyabr 2019 15:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə