Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ şirkətləri Rusiyada qalacaqmı?

ABŞ şirkətləri Rusiyada qalacaqmı?

Rusiyadakı Amerika Ticarət Palatasının (AmCham) rəhbəri Aleksis Rodzianko Rusiya ABŞ-ın tətbiq etmək istədiyi yeni sanksiyalara cavab tədbirləri görəcəyi təqdirdə, Birləşmiş Ştatların şirkətlərinin bu ölkəni tam şəkildə tərk edəcəyini bildirib. Bu barədə  RİA “Novosti” məlumat yayıb. 
“Sanksiyalar bankçılıq, dəmir yolları, qaz alış-verişi sahələrində fəaliyyəti məhdudlaşdırdığı üçün ­Rusiyada hər hansı iş görmək üçün gerçək bir imkan qalmır. Bununla belə, burada biznes genişlənir, hətta investisiyalar yatırılır”, – deyə  A.Rodzianko açıqlamasında bildirib.

Rövşən ATAKİŞİYEV,
“Xalq qəzeti”

19 2018 01:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin