Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rob Sobhani: Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın dini azadlıq nümunəsi olduğunu nümayiş etdirir

Rob Sobhani: Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın dini azadlıq nümunəsi olduğunu nümayiş etdirir

Amerikalı ekspert, “Caspian Group Holdingsin baş direktoru Rob Sobhani bildirib ki, Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın dini azadlıq nümunəsi olduğunu nümayiş etdirir.

Ekspert  qeyd edib ki, Azərbaycanın dünya dini liderlərini qəbul etməsi ölkənin təkcə dini azadlıq nümunəsi yox, eləcə də bu cür tədbirlər üçün qlobal forum olduğunu göstərir.

Azərbaycan Şərqlə Qərbin kəsişməsində yerləşir və ona görə də müxtəlif mədəniyyətlərdən olan insanları birləşdirən tədbirlərin keçirilməsi üçün ideal məkandır: “Bu tədbir bir daha göstərir ki, Bakı iri qlobal sammitləri keçirməyə qadirdir və bütün dünyadan qonaqları qəbul etməyə imkan verən infrastruktura sahibdir. Bütün bunlar ölkənin dünya ictimaiyyətinin tərkib hissəsi olmasını ümumi rifaha töhfə verməsini nümayiş etdirmək üçün konkret səylər göstərmiş Prezident İlham Əliyevin liderliyi sayəsində olub”.

Ekspert əlavə edib ki, Azərbaycanda dünya dini liderlərinin ikinci Sammitinin keçirilməsi təəccüb doğurmur, çünki bu ölkə multikulturalizmin beşiyidir: “Dini tolerantlıq insanın hüququdur və Azərbaycan insanın öz dininə sərbəst şəkildə, dövlət tərəfindən heç bir müdaxilə olmadan münasibət bəslədiyi  çox nadir ölkələrdən biridir. Azərbaycan xalqı ölkənin bu cür vacib tədbiri qəbul etməsindən qürur duymalıdır”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 aprel 2019-cu il tarixli sərəncamı ilə bu ilin 14-15 noyabr tarixlərində Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsinə qərar verilib. Sammitə dünyanın 56 ölkəsindən 500-ə yaxın iştirakçı qatılıb.

 

“Xalq qəzeti”

15 Noyabr 2019 15:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə