Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekspert: Trans-Xəzər boru kəməri layihəsinin Avropa üçün üstünlükləri aşkardır

Ekspert: Trans-Xəzər boru kəməri layihəsinin Avropa üçün üstünlükləri aşkardır

“Mediterranean Energy Political Risk Consultancy” şirkətinin siyasi risklər və energetika məsələləri üzrə məsləhətçisi Siril Viddershoven bildirib ki, Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəqlini nəzərdə tutan Trans-Xəzər boru kəməri layihəsinin üstünlükləri aşkardır.

Siril Viddershoven qeyd edib ki, Avropa ölkələri təbii qaz mənbələrini və nəqliyyat yollarını şaxələndirməyə çalışır.  Çünki Mərkəzi Asiya və Qafqazdakı mənbələrə çıxış əldə etməklə Avropa əlavə qaz həcmləri əldə edə bilər. Həm Türkmənistan, həm də Azərbaycan geniş qaz ehtiyatlarına malikdir və bu ehtiyatları kommersiya baxımından məhsuldar və həyat qabiliyyətli etmək lazımdır: “Avropa İttifaqında qaza tələbatın artması fonunda hər iki ölkə öz ehtiyatlarını cəlbedici bazar qiymətləri ilə reallaşdıra bilər. Bu, həm də iki region arasında əlaqələri tam möhkəmləndirməyə imkan verəcək”.

S.Viddershoven bildirib ki, Trans-Xəzər boru kəməri Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və institusional investorlar tərəfindən fəal dəstəklənməlidir.

Qeyd edək ki, Trans-Xəzər boru kəməri Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəqlini nəzərdə tutur.

 

“Xalq qəzeti”

15 Noyabr 2019 14:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə