Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı dünyaya sülh mesajları verir

Bakı dünyaya sülh mesajları verir

Bakıda Dünya dini liderlərinin II sammitinin keçirilməsi həm region, həm də dünya üçün böyük sülh mesajıdır. Bu fikirləri sammitdə iştirak edən Rusiya Federasiyasının Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov söyləyib. Qeyd edib ki, sammitin  Bakıda belə möhtəşəm şəkildə təşkil edilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin təzahürüdür. 
Bu gün Bakı müsəlman ölkələri arasında beynəlxalq tədbirlərin ən çox keçirildiyi məkandır.  Azərbaycanda dinlərə olan münasibət, ayrı-ayrı dinləri təmsil edən insanların mehribanlıq şəraitində birgə yaşayaşı dünyanın diqqətini cəlb edir. Bu gün Bakı dünyada tolerantlığın, birgəyaşayışın modellərindən biri kimi qəbul edilir.
İ. Umaxanov bildirib ki, bu sammitin Azərbaycanda keçirilməsi nəticəsində din xadimləri bir çox vacib məsələlər müzakirə edəcəklər. Dünyada dinə olan münasibət, dindən siyasi məqsədlər üçün istifadə edilməsinə yol verilməməsi, ən əsası isə dinin bu gün bəşəriyyət qarşısında duran problemlərin həllində oynaya biləcəyi rollar müzakirə ediləcək. Tədbirin Azərbaycanda təşkil olunması, həm də dünya din xadimlərinin Azərbaycanı bir daha yaxından tanımasına səbəb oldu.  Bu, artıq ümumdünya dini liderlərinin ikinci sammitidir. Birinci sammitin keçirilməsində də Bakı təşəbbüskarlıq etmişdi. Bu sammitdə də əsas təşkilatçılıq missiyasını Bakı öz üzərinə götürmüşdür. Bu, onu göstərir ki, Bakı  sülh mesajlarının verildiyi mərkəz rolunu oynayır. 

 

Hazırladı:
Anar TURAN, “Xalq qəzeti”

15 Noyabr 2019 02:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə