Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan dinlərarası dialoqun inkişafına mühüm töhfələr verir

Azərbaycan dinlərarası dialoqun inkişafına mühüm töhfələr verir

Dünən Azərbaycan paytaxtında dünya dini liderlərinin II sammiti öz işinə başlayıb. Tədbirdə çox sayda nüfuzlu qonaqlar iştirak edirlər. “RABİTA” Müsəlman Dünyası Liqası Baş katibinin müavini Əbdüləziz Əhməd Sarhan sammitin əhəmiyyəti barədə fikirlərini bölüşərkən dedi: 

– Bakıya gəlişimdən, bu mühüm tədbirə dəvətli olmağımdan çox məmnunam. Hesab edirəm ki, dünya dini liderlərinin növbəti, II sammitinin də Bakıda keçirilməsi çox əlamətdar hadisədir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan dövləti qlobal müstəvidə dinlərarası dialoqun inkişafına mühüm töhfə verir. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə parlaq, dərin məzmunlu nitq söylədi. Haqlı olaraq bildirdi ki, bu gün dünyada dinlərarası dialoqun genişlənməsi mühüm əhəmiyyət kəsb edir. Fikrimcə, bu istiqamətdə səyləri daha da artırmaq, xüsusilə, müsəlman ölkələri və xalqları arasında həmrəyliyi gücləndirmək lazımdır. 
Yeri gəlmişkən, tədbirdə mən də çıxış etmişəm. Çıxışımda qeyd etmişəm ki, belə vacib tədbirlər regionda və bütün dünyada sülhün möhkəmlənməsi işinə xidmət edəcək. 
Azərbaycanda sabitliyin olması, ölkənizin tərəqqi etməsi məni çox sevindirir. Paytaxtınız günbəgün, ilbəil gözəlləşir. Şəhər sakinləri çox mehriban insanlardır. Bakıdan xoş təəssüratlar aparacağam.   

 

Söhbəti qələmə aldı: 
M.HACIXANLI,
“Xalq qəzeti” 

 

15 Noyabr 2019 01:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə