Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Banklar on ayda 7 milyard manat kredit ayrıb

Banklar on ayda 7 milyard manat kredit ayrıb

Yanvar-oktyabr aylarında ölkədəki banklar tərəfindən 7 milyard manat kredit ayrılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri vəzifəsini icra edən İbrahim Alışov noyabrın 14-də “Kiçik və orta biznes subyektlərinin maliyyə bazarlarına çıxışında şəffaflıq: mövcud vəziyyət və perspektivlər” adlı forumda deyib.
“Bu məbləğin 3,1 milyard manatı istehlak, 3,9 milyard manatı isə biznes üçündür. Bankların kredit portfelinin 6 milyard manatı istehlak, qalan 7,6 milyard manatlıq hissəsi isə biznes kreditlərinin payına düşür. Bank olmayan kredit təşkilatlarının kredit portfeli isə 220 milyon manat təşkil edir”, - deyə o, bildirib.

 

15 Noyabr 2019 01:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə