Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftdən nə xəbər?!

Neftdən nə xəbər?!

Dünya bazarında “qara qızıl”ın qiyməti artmağa başlayıb. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 0,58 faiz artaraq bir bareli 62,80 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 0,45 faiz artaraq bir bareli 55,80 , Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 0,63 faiz artaraq bir bareli 64,42 dollar olub.
 

Ekspertlər bildiriblər ki, OPEC+ ölkələrinin hasilatı azaltmaq barədə razılaşmaya əməl etmələri və Yaxın Şərqdəki gərgin vəziyyət neftin qiymətinin artmasına səbəb olub.

 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

15 Noyabr 2019 00:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə