Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə və Rusiya hərbçiləri Suriyada 6-cı birgə patrul xidməti həyata keçiriblər

Türkiyə və Rusiya hərbçiləri Suriyada 6-cı birgə patrul xidməti həyata keçiriblər

Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat veriblər ki, Türkiyə və Rusiya Suriyada Fərat çayının şərqində yerləşən Derbesiye rayonunda 6-cı birgə patrul xidməti həyata keçiriblər. Bu barədə “Anadolu” agentliyi xəbər yayıb. 
Birgə partul zamanı hər iki tərəfdən dörd zirehli texnika iştirak edib. Qeyd etmək lazımdır ki, Türkiyə və Rusiya hərbçilərinin Suriyanın şimalında yaradılan təhlükəsizlik zonalarında birgə patrul xidməti keçməsi barədə razılıq iki ölkənin dövlət başçıları arasında 2019-cu il oktyabrın 22-də Soçidə keçirilən görüşdə əldə olunub. 
Türkiyə və Rusiya hərbçiləri Derbesiye rayonundan əvvəl qonşu Ayn-əl-Ərəb, Tall-Abyad, Qamışlı və Derik rayonlarında birgə patrul xidməti həyata keçiriblər. 
Xatırladaq ki, Türkiyə hərbçiləri Suriyanın müxalif ordusu ilə bərabər “Sülh çeşməsi” əməliyyatına bu il oktyabrın 9-da başlayıblar. Məqsəd Türkiyənin cənub sərhədlərinin təhlükəsizliyini gücləndirmək və suriyalı qaçqınların könüllü şəkildə doğma yurdlarına qayıtmalarını təmin etməkdir. 
Sonda bildirək ki, “Sülh çeşməsi” əməliyyatı nəticəsində Suriyanın şimalında artıq dörd min kvadrat kilometrdən çox ərazi YPG terrorçularından azad olunub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl bildirib ki, ölkəsinin cənub sərhədləri üçün yeni təhlükələr yaranarsa, Ankara Suriyanın şimalında təhlükəsizlik zonalarını genişləndirəcək. 

 

M.HACIXANLI, “Xalq qəzeti”

15 Noyabr 2019 00:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə