Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Talibançılar az idi, İŞİD də bu yandan çıxdı

Talibançılar az idi, İŞİD də bu yandan çıxdı

Dünən səhər saatlarında Əfqanıstanın paytaxtı Kabildə, Daxili İşlər Nazirliyinin binası qarşısında güclü partlayış törədilib. Nəticədə, azı yeddi nəfər həlak olub, bir o qədər də yaralanıb. Məlumatı TASS verib.

DİN partlayışla bağlı məlumatı təsdiqləyib. Amma əvvəlcə iki nəfərin həlak olduğu bildirilsə də, sonradan onların sayı artıb.  
Əfqanıstan hökuməti isə bir gün əvvəl “Taliban” hərəkatının həbsdə olan üç rəhbərini azadlığa buraxıb. Prezident Əşrəf Qani bildirib ki, talibançılar 2016-cı ildə silahlılar tərəfindən qaçırılmış iki xarici ölkə vətəndaşlarının – Kabildəki Amerika Universitetinin amerikalı və avstraliyalı professorlarının azad olunması müqabilində həbsdən buraxılıblar. 
Əfqanıstan Prezidenti onu da qeyd edib ki, bu qərar çox çətinliklə qəbul edilsə də, vacib humanitar jestdir. Hakimiyyət bu addımı beynəlxalq müttəfiqlər, xüsusən, ABŞ-la məsləhətləşmələrdən sonra atıb. Əfqanıstan hakimiyyəti ümid edir ki, bu qərar taliblərlə sülh danışıqlarının başlamasına müsbət təsir edəcək.
Məlumata görə, həbsxanadan azad edilənlər “Həqqani şəbəkəsi” təşkilatının rəhbərləri Hacı Mali Xan, Hafiz Rəşid və “Taliban” hərəkatının rəhbərlərindən biri olan Siracuddin Həqqaninin doğma qardaşı Ənəs Həqqanidir.
Qeyd edək ki, son vaxtlar Əfqanıstanda hökumət qüvvələri və “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar güclənməkdədir. Talibançılar böyük şəhərlər istiqamətində hücumları genişləndirirlər. Son günlər onlar paytaxtda da təxribatların sayını artırıblar. 
Ölkənin müdafiə və təhlükəsizlik qüvvələrinin beynəlxalq koalisiya ilə birgə  silahlı qruplaşmalara qarşı bütün ölkə boyu birgə əməliyyatlar həyata keçirməsinə baxmayaraq, Əfqanıstanda İŞİD də fəallaşır.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

15 Noyabr 2019 00:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə