Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Uğurlu sınaq

Uğurlu sınaq

Çinli mütəxəssislər Mars planetinə enmək üçün nəzərdə tutulan aparatın uğurlu sınağını keçirib. Bildirilir ki, sınaqlar Hebey əyalətinin Huaylay rayonundakı  xüsusi meydançada rəsmi şəxslər və jurnalistlərin iştirakı ilə aparılıb. Xüsusi qurğunun köməyi ilə 70 metr hündürlükdən atılan aparat “Qırmızı planet”in cazibə qüvvəsinə uyğun sürətlə enmə simulyasiyasını həyata keçirib.
Qeyd edək ki, Çin gələn il “Qırmızı planet”ə ilk avtomatik aparat yollamağı, 10 ildən sonra isə planetin səthindən süxur nümunələri əldə etməyi planlaşdırır. 
Xəbəri “Jiji-press” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

15 Noyabr 2019 00:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə