Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

9 yaşlı məzun

9 yaşlı məzun

Belçikalı Laurent Simons adlı vunderkind 9 yaşında elektrotexnika ixtisası üzrə universitet məzunu olmağa hazırlaşır. Belə ki, 6 yaşında ibtidai sinfi, 8 yaşında isə tam orta məktəbi bitirən Simons ötən il Niderlandın Eindhoven Texniki Universitetinin tələbəsi adına layiq görülüb. Onun İQ (intellekt səviyyəsi) göstəricisi minimum 145 rəqəmi ilə qiymətləndirilir. Qeyd edilir ki, bu göstəriciyə görə, o, İQ göstəriciləri 76 rəqəmi ilə qiymətləndirilən astrofizik Stefan Havkin və Nobel mükafatçısı Albert Eynsteynlə müqayisə edilir.
Məlumatı “Bild” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

15 Noyabr 2019 00:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə