Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aydın Mirzəzadə: Dünya dini liderlərinin II Sammitinin Azərbaycanda keçirilməsi din xadimlərinin ölkəmizi yaxından tanımasına səbəb olacaq

Aydın Mirzəzadə: Dünya dini liderlərinin II Sammitinin Azərbaycanda keçirilməsi din xadimlərinin ölkəmizi yaxından tanımasına səbəb olacaq

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Dünya dini liderlərinin II Sammitinin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir.

Deputat qeyd edib ki, bu gün beynəlxalq təşkilatlar, aparıcı demokratik dövlətlər Azərbaycanda dinə olan münasibəti, ayrı-ayrı dinlərin dostluq və mehribanlıq şəraitində yaşamasını xüsusi qeyd edirlər.

Deputat hesab edir ki, bu Sammitin Azərbaycanda keçirilməsi nəticəsində din xadimləri bir çox vacib məsələləri - dünyada dinə olan münasibəti, dindən siyasi məqsədlər üçün istifadə edilməsinə yol verilməsini, ən əsası isə dinin bu gün bəşəriyyət qarşısında duran problemlərin həllində oynaya biləcəyi rolları ciddi şəkildə müzakirə edə biləcəklər: "Bu tədbirin keçirilməsi həm də dünya din xadimlərinin Azərbaycanı bir daha yaxından tanımasına səbəb olacaq. Sammit iştirakçılarının əksəriyyəti ölkəmizdə olub. Amma iştirakçıların bir qismi Azərbaycanın müstəqil dövlət quruculuğunu, dövlətin insanların probleminə olan yanaşmasını, ölkəmizdə dinə olan münasibəti, dini ayinlərin keçirilməsinə dövlətin münasibətini bir daha görəcəklər".

A.Mirzəzadə Azərbaycanın bundan sonra da bu kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməyə həmişə hazır olduğunu nəzərə çatdırıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 aprel 2019-cu il tarixli sərəncamı ilə bu il 14-15 noyabr tarixində Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində dünya dini liderlərinin II Bakı sammitinin keçirilməsinə qərar verilib. Sammitə dünyanın 56 ölkəsindən 500-ə yaxın iştirakçı qatılıb.

Sammitin yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunacaq.

 

“Xalq qəzeti”

14 Noyabr 2019 16:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə