Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əməliyyat təlimində qoşunlar yerdəyişmə tapşırıqlarını icra edib

Əməliyyat təlimində qoşunlar yerdəyişmə tapşırıqlarını icra edib

Əməliyyat təlimində qoşunlar və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, cəbhə və ordu aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması üzrə tapşırıqlar icra edilib.

Müdafiə Nazirliyindən aldığımız məlumatda bildirilir ki, əməliyyat təliminin məqsədlərinə uyğun olaraq əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək bölmələr təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra edirlər.

 

“Xalq qəzeti”

14 Noyabr 2019 16:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə