Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BSU-da “Avro-2020 Könüllülər Proqramı”nın təqdimatı keçirilib

BSU-da “Avro-2020 Könüllülər Proqramı”nın təqdimatı keçirilib

Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)  tərəfindən futbol üzrə “Avro-2020  Könüllülər Proqramı”nın təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan CBC-nin aparıcısı Əminə Kazımova Avropa çempionatının tarixi və bununla bağlı maraqlı faktlardan danışıb. 

Daha sonra söz konüllülərin ümumi rəhbəri Yusif Vəliyevə verilib. O, könüllülük fəaliyyətinin cəmiyyətdə vacibliyi haqqında tələbələrə geniş məlumat verib.

Sonda  “Avro-2020 Bakı Könüllülük Proqramı”nın səfiri Taleh Yüzbəyov tələbələrlə səmimi söhbət aparıb və onların könüllülük proqramı ilə bağlı suallarını cavablandırıb. BSU-nun tələbələri təqdimatla yaxından maraqlanıb, könüllülük proqramına qoşulmaq istədiklərini bildiriblər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 Noyabr 2019 16:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə