Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gizli elektrolitli yeni yanacaq elementi 2400 km yola kifayət edəcək

Gizli elektrolitli yeni yanacaq elementi 2400 km yola kifayət edəcək

İngiltərəli mühəndis Trevor Ceksonun apardığı sınaqlar göstərdi ki, onun işləyib hazırladığı yanacaq elementi litium-ion batareyasına nisbətən 1 kiloqrama görə doqquz dəfə çox kilovat-saat elektik enerjisinə malikdir. Orta statistik ingilis ailəsi bu yanacaq elementini ildə yalnız bir neçə dəfə doldurmalıdır. Bununla yanaşı, onun qiyməti litium-ion batareyalarından altı dəfə ucuzdur.

Beləliklə, indi Austin Electric şirkəti Ceksonun üsuluna əsasən əvvəlcə üç təkərli Asiya taksilərindən olan tuk-tuklar üçün, sonra isə elektrovelosipedlər üçün alüminium–hava batareyaları istehsalına başlayacaq. Sonda isə adi benzin və ya dizel avtomobillərini elektrikli avtomobillərə çevirmək üçün dəstlər istehsal ediləcək.

Belə bir dəstin qiyməti 3500 funt sterlinq olacaq və onu 2020-ci ildə satışa çıxaracaqlar.

 

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 Noyabr 2019 14:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə