Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan UNESKO-nun Baş Konfransının 40-cı sessiyasının vitse-prezidenti seçilib

Azərbaycan UNESKO-nun Baş Konfransının 40-cı sessiyasının vitse-prezidenti seçilib

Parisdə UNESKO-nun Baş Konfransının 40-cı sessiyası işə başlayıb. Sessiyada qurumun 193 üzv və 10 assosiativ üzv ölkəsinin nümayəndələri iştirak edirlər.

Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Elnur Sultanov, UNESKO yanında daimi nümayəndəliyin rəhbəri, səfir Anar Kərimov, eləcə də daimi nümayəndəliyin diplomatları Baş Konfransda təmsil olunurlar.

Türkiyə Baş Konfransın 40-cı sessiyasının prezidenti, Azərbaycan isə vitse-prezidenti seçilib.

Baş Konfrans öz işini noyabrın 27-dək davam etdirəcək.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 Noyabr 2019 14:53 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə