Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağcabədidə yerli əhəmiyyətli yol yenidən qurulub

Ağcabədidə yerli əhəmiyyətli yol yenidən qurulub

Yerli əhəmiyyətli yolların əsaslı şəkildə təmiri layihələri çərçivəsində Ağcabədi rayonunda Boyat-Biləyən-Hacılar-Qaraxanlı marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən avtomobil yolları yenidən qurulub. Bu barədə agentliyin ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib.

Uzunluğu 18 km olan  avtomobil yolu respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi avtomobil yolundan ayrılır. Məhz bu üzdən yolun əsaslı şəkildə bərpası yol boyu 4 yaşayış məntəqəsində yaşayan əhalinin sevincinə səbəb olub.

Layihəyə uyğun olaraq yol bir-neçə marşrut üzrə V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilib. Bu, 4.2 km Boyat, 4 km Qaraxanlı və 3.1 km uzunluğa malik Hacılar kəndlərinə gedən və kəndlərin daxili avtomobil yolları, həmçinin Biləyən kəndinin 6.7 km uzunluğa malik yoludur.

Uzun illər təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən qara və çınqıl örtüklü olan avtomobil yolları yararsız vəziyyətdə idi.  Yolun əkin sahələrindən keçən hissələrdə yol yatağı suvarma və qurunt sularının təsirinə məruz qalaraq yararsız hala düşmüşdü. 

Vətəndaşların rahat gediş-gəlişinə maneə yaradan bu çatışmazlıqları aradan qaldırmaq məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilməklə yenidənqurma işləri həyata keçirildi.

Yol boyu 5 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün yol boyu 45 yol nişanlı və məlumatverici lövhə, 344 təhlükəsizlik dirəklərinin, yolun dərələrdən keçən hissələrində hər iki tərəfdən 610 paqon-metr əyri xətli tirlərin quraşdırılması və yolda xətlənmə işlərinin aparılması ilə müasir yol infrastrukturu yaradılıb. 

Bir sözlə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yenidən qurulan yol həmin ərazidə yaşayan vətəndaşlara respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi yoluna rahat çıxış əldə etməklə yetişdirdikləri kənd təsərrüfatı məhsullarının rayon mərkəzinə və qonşu rayonların bazarlarına tez və xarab olmadan daşımasına imkan yaradıb.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

14 Noyabr 2019 12:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə