Ən son xəbərlər

Son buraxılış
Arxiv

UTECA-da Bilik Günü qeyd olunub

UTECA-da Bilik Günü qeyd olunub

Azərbaycan Texnologiya Universitetində (UTECA) Bilik günü qeyd olunub. Universietin rektoru, professor Akif Süleymanov çıxış edərək professor-müəllim heyəti və tələbələri yeni dərs ili münasibəti ilə təbrik edib. Rektor qeyd edib ki, bu tədris ilində UTECA-ya 765 tələbə qəbul olub. Builki qəbul olan tələbələr arasında 4 nəfər 500-dən çox bal toplayıb. Emin Axundov - 562 bal, Günel Sadıqova - 553 bal, Murad Hacıyev - 528 bal, Aydın Ələsgərov - 503 bal. Ən yüksək nəticəni Emin Axundov göstərib. Natiq 562 bal toplayaraq prosseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olan Emin Axundova universitet adından noutbuk hədiyyə edib.

Daha sonra tələbə adını yeni qazananlardan yüksək bal toplayanlara tələbə biletləri təqdim olunub. Çıxış edən tələbələr və valideyinlər sevinc və qürur hisslərini dilə gətirib. Sonra tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetində tələbələr 23 ixtisas üzrə təhsil alırlar. UTECA gələcək mütəxəssisləri bu günkü əmək bazarının tələblərinə uyğun yetişdirir. Bunun üçün ən nüfuzlu sənaye müəssisələri ilə əməkdaşlıq edərək təhsil müddətində tələbələrin istehsalata inteqrasiyasını təmin edir, nəticədə məzunların işlə təmin olunması daha əlçatan olur. Port of Baku, Şəmkir Logistika Mərkəzi, Azercell, Gəncə və Mingəçevir tekstil fabrikləri, Detal alüminium kompleksi, Azgranata şirə və şərab emalı zavodu, Palsüd və Atena süd zavodları kimi digər müəssisələr buna misaldır.

 

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”

 

18 2018 18:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin