Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pakistanın BMT-dəki xoşməramlı səfiri Peşə Reabilitasiya Mərkəzində

Pakistanın BMT-dəki xoşməramlı səfiri Peşə Reabilitasiya Mərkəzində

Pakistan İslam Respublikasının BMT-dəki xoşməramlı səfiri Muniba Mazari ölkəmizə səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində olub.

Mərkəzdəki şəraitlə yaxından tanış olan  M.Mazari buradakı gənclərlə söhbət edib. O, gənclərin peşə hazırlığı prosesi, əl işləri, mərkəzdə paralimpiya idman növləri üzrə məşq prosesi ilə tanış olub. Qonağa nazirliyin Azərbaycan və ingilis dillərində nəşr etdirdiyi əlilliyi olan şəxslərin yaradıcılıq nümunələri barədə foto-məlumatlarla zəngin “Əlillik qüsur deyil” kitab-albomu hədiyyə edilib.

O, sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası sahəsində ölkəmizdə aparılan işlər, həmçinin bu sahədə müasir tələblərə cavab verən belə bir mərkəzin olması ilə bağlı xoş təəssüratlarını ifadə edib.

M.Mazari 20 yaşı olarkən ağır yol qəzası nəticəsində xəsarətlər alaraq yerimək qabiliyyətini itirib, hətta bir müddət çox sevdiyi rəsm çəkməkdən belə məhrum olub. Buna baxmayaraq, güclü iradəsi sayəsində çətinlikləri dəf etməyə nail olub, həyatda və yaradıcılıqda uğurlar qazanıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

14 Noyabr 2019 11:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə