Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 441 Bakı şəhəri, 13 noyabr 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2014-cü il 30 may tarixli 172 nömrəli, “Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 30 avqust tarixli 321 nömrəli və “Yaşıllıqların mühafizəsinə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 27 dekabr tarixli 526 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
“İctimai iştirakçılıq haqqında”, “Dəniz limanları haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1581-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 732 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 172 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 596, № 12, maddə 1655; 2016, № 4, maddə 818) ilə təsdiq edilmiş “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.2-ci bəndə “ictimai şuralar” sözlərindən sonra “, hüquqi şəxslər” sözləri əlavə edilsin;
1.2. 1.3-cü bəndə “institutlarının” sözündən sonra “, hüquqi şəxslərin” sözləri əlavə edilsin;
1.3. 2.2.4-cü və 2.2.7-ci yarımbəndlərə “institutlarının” sözündən sonra “, hüquqi şəxslərin” sözləri əlavə edilsin;
1.4. 2.2-1-ci bəndin birinci cümləsinə “institutlarının” sözündən sonra “, hüquqi şəxslərin” sözləri əlavə edilsin;
1.5. 3.1-ci bəndin ikinci cümləsinə “istənilən vətəndaş” sözlərindən sonra “, hüquqi şəxs” sözləri əlavə edilsin;
1.6. 3.2-ci bəndə “institutlarının” sözündən sonra “, hüquqi şəxslərin” sözləri əlavə edilsin;
1.7. 3.3-cü bəndə “institutları” sözündən sonra “, hüquqi şəxslər” sözləri əlavə edilsin;
1.8. 5.2.1-ci yarımbəndə “vətəndaşlar” sözündən sonra “, hüquqi şəxslər” sözləri əlavə edilsin. 
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1457) ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.2.2-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“2.2.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə;”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 dekabr tarixli 526 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2242) ilə təsdiq edilmiş “Yaşıllıqların mühafizəsinə nəzarətin həyata keçirilməsi Qaydası”nın 4.3.3-cü yarımbəndinə “ekspertizasını” sözündən sonra “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri əlavə edilsin. 
 
 
Əli Əsədov
 Azərbaycan Respublikasının Baş Naziri  
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə