Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Binəqədi məktəbliləri Gəncə, Göygöl, Şəmkir rayonları üzrə ekskursiyaya çıxıblar

Binəqədi məktəbliləri Gəncə, Göygöl, Şəmkir rayonları üzrə ekskursiyaya çıxıblar

Binəqədi rayon ictimaiyyəti ilə “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Gəncə, Göygöl, Şəmkir istiqamətinə yola düşəcək məktəblilərin görüşü keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin (RİH) başçısı Elxan Allahverdiyev, RİH başçısının müavinləri, YAP  rayon təşkilatının sədri Ramiz Göyüşov, Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, RİH başçısı Aparatının şöbə müdirləri, məktəb direktorları, valideynlər, “ASAN könüllüləri”, habelə tur-aksiya iştirakçıları iştirak ediblər.  

Mərasimdən əvvəl ümummilli lider Heydər Əliyevin YAP   rayon təşkilatının inzibati binasının qarşısında ucaldılan abidəsi önünə gül dəstələri qoyulub. Sonra şagirdlərin ürək sözləri dinlənilib. Çıxış edən 179,  246, 267, 297 nömrəli tam orta məktəbin şagirdləri Əzəmət Verdiyeva,   Əlihəsən Həsənova, Nicat Qasımzadə və Əntiqə Niftəliyeva, tur-aksiya iştirakçısı Fidan Kərimovanın valideyni Aygün Kərimova səfərin gənclərə dövlət qayğısının təzahürü olduğunu xatırladıb, belə bir fürsəti yaratdığı üçün dövlət başçısı cənab İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov son zamanlar respublikada müşahidə edilən inkişafın ölkə Prezidenti İlham Əliyevin gərgin əməyinin məntiqi nəticəsi olduğunu vurğulayıb. Natiq ulu öndər Heydər Əliyevin qurub-yaratdığı dövlətimizin əmin əllərdə olduğunu diqqətə çatdırıb.    
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan  Allahverdiyev tur-aksiyaların önəm və mahiyyətinin böyük olduğunu bildirib. Başçı, eyni zamanda,  ölkə rəhbərinin gənclərə böyük ümidlər bəslədiyini, buna görə də savadlı, bilikli gənclərin müxtəlif vəzifələrə irəli çəkildiyini xatırladıb.  
Dünən səhər saatlarında isə yolasalınma mərasimi keçirilib. Görüşdə başçı Elxan Allahverdiyev, məktəb direktorları, valideynlər iştirak ediblər.   
Məktəblilər “Rəqsin sultanları” rəqs kollektivinin “Yeni Bakı” rəqsini , F.Əmirov adına 6 nömrəli incəsənət məktəbinin “Nağara şou” qrupunun çıxışını izləyiblər. 
Sonra tur-aksiya iştirakçılarının ifasında “Ölkəmizi tanıyaq” layihəsinin 5-ci ildönümü üçün hazırlanan “Ölkəmizi tanıyaq” himni dinlənilib. 
Məlumat üçün qeyd edək ki, Binəqədi gəncləri bu layihə çərçivəsində keçirilən tur-aksiyalarda yaxından iştirak ediblər. İndiyədək rayondan 309 şagird respublikamızın müxtəlif  bölgələrinə yola salınıb, səfər etdikləri yerlərin tarixi, təbiəti, adət və ənənələri ilə tanış olub, eləcə də son illərdə gedən adablıq-quruculuq işləri barədə məlumat alıblar.  

 

“Xalq qəzeti”

14 Noyabr 2019 01:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə