Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub

Ermənistan sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ermənistan Respublikasının İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

AZƏRTAC 

14 Noyabr 2019 01:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə