Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Muğam Mərkəzi elektron-texniki avadanlıqların satın alınması üçün Açıq Tender Elan Edir

Beynəlxalq Muğam Mərkəzi  elektron-texniki avadanlıqların satın alınması üçün  Açıq Tender Elan Edir

Tender 4 lot üzrə keçirilir.
Lot- 1. Kompüterlərin və fotoaparatın satın alınması.
Lot -2. Elektron monitorun satın alınması.
Lot- 3. İşıq pultu və proyektorun satın alınması.
Lot -4. Hava filtrlərinin satın alınması. 
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər. Tenderdə iştirak etmək istəyənlər lotlar üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürməlidirlər.
İştirak haqqı Lot- 1 70 manat, lot- 2 220 manat, lot 3 400 manat, lot- 4 isə 25 manatdır. 
Təşkilat - Beynəlxalq Muğam Mərkəzi
VÖEN- 1701066551
H/h- AZ20CTRE00000000000004638301
Bank- DXA
VÖEN- 1401555071
Kod- 210005
M/h- AZ41NABZ01360100000000003944
SWIFT BIK- CTREAZ22
Fond-7
Büdcə təsnifatının kodu- 142340
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; 
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; 
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; 
- digər sənədlər- analoji işlərin yerinə yetirilməsinə aid iddiaçının potensial imkanları haqqında məlumat.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri 3 dekabr 2019-cu il saat 12.00-a, tender təklifi və bank təminatı sənədlərini isə 11 dekabr 2019-cu il saat 12.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. 
İddiaçıların təklifləri 12 dekabr 2019-cu il saat 12.00-da açılacaqdır.
İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.
Qeyd-tenderdə iştirak, tenderin qiymətləndiriliməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

14 Noyabr 2019 01:33 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
14 Dekabr 2019 | 00:52
B İ L D İ R İ Ş
14 Dekabr 2019 | 00:52
B İ L D İ R İ Ş
14 Dekabr 2019 | 00:51
B İ L D İ R İ Ş
14 Dekabr 2019 | 00:51
B İ L D İ R İ Ş
14 Dekabr 2019 | 00:51
B İ L D İ R İ Ş
14 Dekabr 2019 | 00:50
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə