Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Gözdən Əlillər Günü münasibəti ilə təqdimat mərasimi keçirilib

Beynəlxalq Gözdən Əlillər Günü münasibəti ilə təqdimat mərasimi keçirilib

Dünən Zabrat qəsəbəsindəki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu nəzdində “Yetkinlik yaşına çatmamış görmə imkanları məhdud şəxslər üçün sosial bərpa mərkəzi”ndə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkılatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Görmə imkanları məhdud şəxslərə yol hərəkəti təhlükəsizliyi qaydalarının təbliği” layihəsinin təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə çıxış edən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin prezidenti Səmyar Abdullayev bildirdi ki, bu tədbirin keçirilməsində məqsəd ölkə rəhbərliyi tərəfindən son illərdə reallaşdırılan sosial islahatları ictimaiyyətə çatdırmaqla yanaşı, görmə əlilliyi olan şəxslərin problemlərinin həllinə kömək göstərməkdən, onların cəmiyyətin ayrılmaz bir hissəsi, bərabər hüquqlara malik insanlar olduğunu, bu insanların problemlərinin aidiyyatı orqanlara çatdırmaqdan ibarətdir.
Cəmiyyət rəhbəri bildirdi ki, Azərbaycanda 50 minə yaxın görmə üzrə əlilliyi olan şəxs var. Bundan başqa orta hesabla 60 yaşı keçmiş əhali qrupunun 50 faizi görmə itiliyini itirmiş insanlardır. Bu tədbirin mahiyyəti bir də ondan ibarətdir ki, son illərdə günbəgün artan yol qəzalarının azalması üçün təkliflər bildiriləcək.

 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

14 Noyabr 2019 01:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə