Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pxenyan və Vaşinqton arasında dialoq imkanları itirilə bilər

Pxenyan və Vaşinqton arasında dialoq imkanları itirilə bilər

“Jiji-Press”in “Coson Şinbo” nəşrinə istinadən yaydığı məlumata görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In və ABŞ Prezidenti Donald Tramp yaxın gələcəkdə görüşməsə, Pxenyan və Vaşinqton arasında dialoq imkanları itirilə bilər.
Mənbənin iddiasına görə, ABŞ və KXDR arasında üçüncü zirvə görüşü keçirilməyəcəyi təqdirdə bir daha dialoqun davam etmə şansı olmayacaq.
Məqalədə həmçinin qeyd olunur ki, KXDR ABŞ-ın cəsarətli qərarını səbirlə gözləyir, dövlət başçısı Kim Çen In görüş baş tutmasa, öz yolu ilə getməyə hazırdır: “Son nitqində Şimali Koreya lideri beynəlxalq sanksiyaların qaldırılması ilə bağlı danışıqlarda iştirak edən tərəfdaşların cavabını gözlədiyini açıqlayıb. Habelə bildirib ki, ABŞ onun göstərdiyi səbri səhv başa düşürsə, alternativi olmayan bir yol axtaracaq”.
Qəzet Kim Çen Inın ABŞ-a bu ilin sonuna qədər danışıqlar masasına qayıtmaq üçün son tarixləri bildirdiyini xatırladıb.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

14 Noyabr 2019 01:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə