Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çikaqoda son 33 ildə ən soyuq hava şəraiti müşahidə edilir

Çikaqoda son 33 ildə ən soyuq hava şəraiti müşahidə edilir

ABŞ Milli Hidrometeorologiya İdarəsinin məlumatına görə, Sibirdən gələn hava kütlələri Birləşmiş Ştatların şərqinə rekord şaxtalar və qar gətirib. Bu barədə CBS telekanalı məlumat yayıb.
Bildirilir ki, Çikaqoda havanın temperaturu mənfi 13 dərəcəyədək enərək 1986-cı ilin rekordunu yeniləyib. Meteorologiya Xidməti belə hava şəraitinin noyabr ayı üçün deyil, daha çox yanvarın ortaları üçün xarakterik olduğunu bildirib.
Buffalo və Detroyt şəhərlərinə təxminən 25 santimetr yağıntı düşüb, Vermont və Men ştatlarında da analoji hava şəraiti müşahidə edilir. Kəskin soyuqlar səbəbindən məktəblərin çoxu bağlanıb, yollarda çox sayda yol-nəqliyyat hadisələri qeydə alınıb, aeroportlarda mindən çox reys ləğv edilib.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

 

14 Noyabr 2019 01:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə