Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İzmirli iş adamları Azərbaycanda

İzmirli iş adamları Azərbaycanda

Azərbaycan Sahibkarlar Konfederasiyasının Türkiyə nümayəndəliyi, İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti, Türkiyənin Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (MÜSİAD) İzmir Şöbəsinin təşkilatçılığı ilə  izmirli iş adamları Bakıda işgüzar səfərdə olmuşlar.

Azərbaycan Sahibkarlar Konfederasiyasının Türkiyə nümayəndəsi, İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin sədri Asif Kurban səfərin məqsədi haqqında  müxbirimizə bildirmişdir ki, İzmirli iş adamlarının Azərbaycana səfərinin təşkili ölkədə sərmayə yatırımı şəraitinin daha yaxından tanıdılması və qarşılıqlı əməkdaşlıq imkanlarını  genişləndirmək idi. O, qeyd etmişdir ki, hələ 1985-ci ildən Bakı-İzmir qardaşlamışıq şəhərlərdirlər. Eyni zamanda bu səfərin məqsədlərindən biri də bu qardaşlağın və əlaqələrin daha artmasına nail olmaq və ümumi olaraq “Bir millət,iki dövlət” olan Azərbaycanla Türkiyə arasında ticarət və iqtisadi münasibətləri inkişaf etdirməkdir.

Asif Kurban bu təşəbbüsə ilk gündən qayğı ilə yanaşan Türkiyənin Müstəqil Sənayeçi və İşadamları Dərnəyinin (MÜSİAD) İzmir Şöbəsinin sədri Bilal Saygılıya, səfərdə iştirak edən iş adamlarına, heyəti Bakıda yüksək səviyyədə qəbul edən Azərbaycan Respublikası Vergilər nazirinin müşaviri Elçin Məmmədova və nazirliyin əməkdaşlarına, Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və komitənin əməkdaşlarına, Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Turizm Agentliyinin rəhbərliyinə, Türkiyənin Bakıdakı səfiri Erkan Özorala, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevə, MÜSİAD-ın Azərbaycan nümayəndəliyinin və Qafqaz Turizm Şirkətinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Səfərdə iştirak edən izmirli qonaqlar Bakının görməli və tarixi yerləri ilə də tanış olmuşlar.

 

“Xalq qəzeti”

13 Noyabr 2019 17:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə