Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İmişlidə keçirilən qanvermə aksiyasında 101 donor iştirak edib

İmişlidə keçirilən qanvermə aksiyasında 101 donor iştirak edib

İmişlidə hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə qanvermə aksiyası keçirilib.

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankı işçilərinin təşəbbüsü ilə keçirilən bir günlük aksiyada rayonun icra strukturlarının nümayəndələri, tibb işçiləri, şəhər sakinləri və gənclər fəallıq nümayiş etdiriblər.

Mərkəzi Qan Bankının 13 nəfərdən ibarət həkim briqadası rayon mərkəzi xəstəxanasının tibb personalı ilə birgə könüllü donorları müayinə etdikdən sonra onlardan qan götürüblər. Gün ərzində davam edən humanitar aksiya çərçivəsində 101 nəfər könüllü donordan qan götürülüb. Tədarük olunan qan nümunələri Respublika Mərkəzi Qan Bankının laboratoriyasında yoxlandıqdan sonra irsi qan xəstəliklərinin müalicəsində istifadə ediləcək.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin  bölgə müxbiri

 

13 Noyabr 2019 17:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə