Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni “Volvo” S-60: təhlükəsizliyin zirvəsində

Yeni “Volvo” S-60: təhlükəsizliyin zirvəsində

Dünya avtomobil istehsalında təhlükəsizlik etalonu sayılan “Volvo” yeni S-60 modelini təqdim edib. Şirkət yeni modelə “Momentum” adını verib.

Avtomobil istehsalında təhlükəsizliyə hər zaman önəm verən “Volvo” şirkəti bu sahədə lider marka olduğunu yeni S-60 modeli ilə bir daha sübut elədi. Bazarda öz yerini qoruyan “Volvo” modellərinə tətbiq etdiyi möhkəm gövdə, bir çox təhlükəsizlik sistemləri ilə diqqətləri öz üzərinə çəkməkdədir.

“Volvo” S-60, baza komplektində 37600 dolara (64 min manat) başa gələcək. Bu məbləğə qabaq ötürücü, 8 pilləli avtomat qutu və T4 seriyalı benzin mühərriki də (190 a.g.) daxildir.

Qeyd edək ki, “Volvo” S-60 dizel mühərrikinə sahib olmayan ilk modeldir. “City Safety” təhlükəsizlik sistemi S-60-ın baza komplektinə daxildir. Bu sistem avtomobilləri, piyadaları, velosipedçiləri və iri heyvanları yolda tanıyır və təhlükə yarandıqda avtomatik tormozlanma tətbiq edir.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

13 Noyabr 2019 17:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə